Mojo.az Banner
22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |    
Left Banner
Right Banner

“Fransa Azərbaycana da silah sata bilər” – Siyahıda daha iki sürpriz ölkə var

23.10.2023 22:04 828
“Fransa Azərbaycana da silah sata bilər” – Siyahıda daha iki sürpriz ölkə var
"Fransanın Ermənistanla hərbi sazişi Azərbaycanla sülh müqaviləsinə qarşıdır".

Median.Az
teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, artıq İrəvan qərarını verib, Parislə hərbi əməkdaşlığı inkişaf etdirəcək:

"Paris Azərbaycan-Türkiyə ittifaqına qarşı Ermənistanla birlikdə bölgədə tarazlıq yaratmağa çalışır. Hesab edirəm ki, Fransanın Ermənistanı silahlandırmasının səbəblərindən biri də budur.

Uzun illər Ermənistanı silahlandıran Rusiya artıq bu ölkəyə silah axınını dayandırıb. Fransa isə Rusiyanın yaratdığı boşluğu doldurmağa çalışır.

Avropa ölkələri Azərbaycanla Ermənistan arasındakı münaqişəyə görə hər ikisinə silah satışına qeyri-rəsmi qadağa qoymuşdu. Münaqişə başa çatsa da, sülh sazişi imzalanmayıb, buna görə də yeni müharibə riski var. Hesab edirəm ki, Fransanın Ermənistanla silah sazişi Azərbaycanın İtaliya, Britaniya və digər Avropa ölkələri ilə silah sazişi imzalamasına gətirib çıxaracaq.

Ermənistanın maliyyə imkanları bir neçə ölkə ilə irihəcmli silah sazişi bağlamağa imkan vermir. Hazırda belə bir anlaşma ancaq Fransa ilə mümkündür. Ermənistandan fərqli olaraq, Azərbaycanın eyni anda bir neçə ölkə ilə silah sazişi imzalamağa imkanları var. Bir çox Avropa ölkəsi Azərbaycanla belə bir sövdələşmədə maraqlı ola bilər. Həmin ölkələrdən biri elə Fransanın özüdür. Hazırda özünə yeni bazarlar axtaran Fransanın Azərbaycandan gələcək təklifə "yox" deyəcəyini düşünmürəm".

Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan silahlanıb yenidən sərhəddə təxribatlara əl ata biləcəyini düşünür:

"Ermənistan həmişəki kimi yanılır, Azərbaycanın hərbi gücü imkan verir ki, bundan sonra da belə təxribatlara ən sərt formada cavab versin. Bəli, Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında həm də ona görə maraqlı deyil ki, öz silahlarını sata bilsin, eləcə də Ermənistan vasitəsilə regionda mövqeyini gücləndirsin. Çünki sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələri normallaşacaq. Bu da Parisin Cənubi Qafqaz siyasətini poza bilər.

Fransanın hazırkı siyasəti regionda qeyri-sabitliyin davamına xidmət edir. Paşinyan Makronun diktəsi ilə hərəkət etməyə davam etsə, sülh olmayacaq, bu isə Ermənistanın xeyrinə olmayacaq".скачать dle 11.3
Mojo.az Banner