Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: "Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır"

08.10.2024 19:11 792
Paşinyan:
"Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".

Median.Az
Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatı açıqlamayıb.

Son xəbərlər