Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı | 19:05 Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var | 18:47 Sabah Bakıda hava yağmursuz olacaq | 18:36 Pensiyaların ödənilməsi ilə bağlı açıqlama – TARİXLƏR | 18:29 Adanada zəlzələ olub |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”

26.04.2024 19:47 1 995
Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”
“Ermənistan hakimiyyəti elə bir məqama yetişib ki, masa üzərində ölkənin gələcəyi ilə bağlı çox konkret bir plan durur”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının üzvləri ilə görüşündə deyib.

“Bu, çox mühüm mərhələdir. Və biz partiya olaraq bu mərhələdə çox fəal olmalıyıq”, - deyə o bildirib.

Bəzi ərazilərdə Azərbaycanla sərhədin delimitasiyası prosesindən danışan Paşinyan qeyd edib ki, bu, çox ağrılı məsələdir, lakin indi hansısa kənd, yol və ya evlərin deyil, Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu məsələsi həll olunur.

“Və biz bu məsələni həll edəcəyik. Bizim başqa çıxış yolumuz yoxdur, çünki bu, bizim missiyamızdır, bu, “Vətəndaş sazişi” partiyasının missiyasıdır”, - deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, dövlət təfəkkürü ilə qeyri-dövlət təfəkkürü arasında sərhəd var.

“İndi biz dövlət təfəkkürünə yenicə giririk, çünki biz dövlət təfəkkürü çərçivəsində deyildik. Öz Vətənimizdə Vətən axtarırdıq. Vətən nədir? Bizim vəziyyətimizdə bu sual olduqca konkret cavab tələb edir. Çünki bizim şüurumuzda və şüuraltımızda Vətən haqqında bir neçə təsəvvür var. Elə bunun üçün də “Vətən - dövlətdir” konsepsiyası irəli sürülüb”, - deyə Paşinyan əlavə edib.

Mənbə: Ermənistan KİV

Son xəbərlər