Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?

17.03.2025 22:26 852
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Bu il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Rəsmi statistik müqayisə göstərir ki, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb. Belə ki, məşğulluq sferası bu ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqavilələri ilə daxil olub.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb:

"Özəl sektorda müqavilələrin sayında azalma daha çox - 18 min 200 nəfər olub. Dövlət Statistika Komitəsi bir aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib”.

2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalmanın daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verdiyini qeyd edən deputat əmək müqavilələrin sayının məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacib olduğunu vurğulayıb:

"Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox mikrosahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqəli olduğu güman edilir. Belə ki, bu il yanvarın 1-dən etibarən mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu, özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub”.

"Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir”, - deyə V.Bayramov əlavə edib.

Son xəbərlər