Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Merkel ictimai çıxışları zamanı ingiliscə danışmamağının səbəbini açıqladı

15.03.2025 14:47 1 062
Merkel ictimai çıxışları zamanı ingiliscə danışmamağının səbəbini açıqladı
Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə vəzifədə olub) ingilis dilində etdiyi səhvlərə görə həmişə ictimaiyyət qarşısında alman dilində danışdığını etiraf edib.

O, bu barədə "Berliner Zeitung" qəzetinə müsahibəsində bildirib.

Belə ki, müxbir kanslerdən həmişə tərcüməçisinin olub-olmadığını soruşub.

"Mən hələ Almaniya kansleri olmayan vaxtlarda ingiliscə danışırdım, çünki amerikalılar bunu xoşlayır və bu, daha sürətlidir. Sonra isə ABŞ və İngiltərədə təhsil almış ağıllı jurnalistlər mənə səhvlər etdiyimi göstərirdilər. O vaxtdan bəri mən həmişə ictimaiyyət qarşısında almanca danışıram", - deyə Merkel cavabında bildirib.

"İngilis dilində nə qədər yaxşı danışsanız da, daha incə detalları anlamaq üçün tərcüməçiyə sahib olmaq və ana dilinizdə danışmaq faydalı olacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Merkel (qızlıq soyadı Kasner) 17 iyul 1954-cü ildə Hamburqda lüteran keşiş və müəllimə ailəsində anadan olub. 2000-ci ildə o, "Xristian-Demokratik İttifaq" partiyasının ilk qadın sədri olub. 22 noyabr 2005-ci ildə Bundestaq Merkeli Almaniyanın federal kansleri seçib. 8 dekabr 2021-ci ildə o, rəsmi olaraq səlahiyyətlərini təhvil verib.

Merkel dəfələrlə "Forbes" jurnalının versiyasına görə, dünyanın ən nüfuzlu 100 qadın siyahısına başçılıq edib.
//oxu.az

Son xəbərlər