Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda avtobusun vurduğu 76 yaşlı qadın xəstəxanada ölüb

14.03.2025 20:43 786
Sumqayıtda avtobusun vurduğu 76 yaşlı qadın xəstəxanada ölüb
Sumqayıt şəhərində avtobusun dörd gün əvvəl vurduğu 76 yaşlı qadın xəstəxanada ölüb.

Hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Yolu keçmək istəyən piyada, 1949-cu il təvəllüdlü Həsənova Səringül Hüseyn qızını “İsuzu” markalı avtobus vurub.

Piyada xəstəxanaya çatdırılsa da, o, martın 14-də səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər