Mojo.az Banner
16:39 Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     16:34 Sabah çimərliklərdə hava necə olacaq?  |     16:26 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub - VİDEO  |     16:10 Bakıda dörd bina sökülə bilər - ÜNVANLAR  |     15:59 Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı  |     15:55 Laçın Film Festivalı Azərbaycan kinosuna nə vəd edir? – SORĞU  |     15:46 Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb - İDDİA  |     15:35 Dələduzluqda ittiham edilən Nigar Fərhad sərbəst buraxıldı  |     15:34 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpus kateqoriyasına daxil edilib  |     13:31 Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı  |     13:11 Norveç kralı V Harald vəfat etdi  |     13:02 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı  |     12:52 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi  |     12:44 Bakıda tarixi məscidə və daha iki memarlıq abidəsinə qanunsuz müdaxilə olub - RƏSMİ  |     12:26 Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?  |     12:22 Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı – Siyahı  |     12:18 Yer kürəsini maqnit qasırğası bürüyəcək  |     12:17 Bakı-Xırdalan qatarlarının sürət həddi azaldılıb - SƏBƏB  |     12:11 Bakıda poladtökmə zavodunda ölüm  |     12:10 Nepal daşqınlardan sonra xarici dövlətlərin yardımından imtina etdi  |    
Left Banner
Right Banner

Azərbaycanın ötən il bir sıra ölkələrə etdiyi yardımın məbləği açıqlanıb

14.03.2025 20:00 615
Azərbaycanın ötən il bir sıra ölkələrə etdiyi yardımın məbləği açıqlanıb
Türkiyənin zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə nəzərdə tutulmuş 100 milyon ABŞ dollarının (170 milyon manat) qalan 70 milyon manatı 2024-cü ildə aidiyyəti üzrə ayrılıb.

“Report” xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, hesabat ilində Ukraynaya da humanitar yardım göstərilməsi davam etdirilib.

“Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə göndərilməsinə 2023-cü ildə başlanmış elektrik avadanlıqlarından ibarət yardımın (7,6 milyon ABŞ dollarn məbləğində) çatdırılması 2024-cü ildə tamamlanıb.

Beləliklə, elektrik avadanlıqlarından ibarət ümumilikdə 107 yük maşını Ukraynaya yola salınıb. Həmçinin Kiyevdə uşaq kitabxanasının sığınacağının təmiri üçün 30 min ABŞ dolları məbləğində maddi yardım göstərilib”, - məlumatda qeyd edilib.

Vurğulanıb ki, Azərbaycan tərəfindən bu günədək Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların məbləği təxminən 40 milyon ABŞ dollarından çox olub.

Bunlarla yanaşı, "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" (AFAB) kampaniyasının dəstəklənməsi məqsədilə İslam İnkişaf Bankına AIDA xətti ilə müvafiq maliyyə töhfəsi ayrılıb:

“AFAB layihəsinin həyata keçirilməsinə 2012-ci ildən başlayaraq Azərbaycan tərəfindən ümumilikdə 1,5 milyon ABŞ dollarından artıq maliyyə töhfəsi verilib. Ümumilikdə, kampaniya çərçivəsində indiyədək 575 mindən çox insan ödənişsiz əsasda göz müayinəsindən keçib və Burkino Faso, Çad va Qvineyada 33 tibbi məntəqə zəruri gözə qulluq avadanlıqları ilə təchiz edilib”.скачать dle 11.3
Mojo.az Banner