Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyanın əksər hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb

10.03.2025 20:01 987
Almaniyanın əksər hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb
Almaniyanın 13 hava limanında işçilərin bir günlük tətilləri başlayıb.

Tətillər bazar ertəsi saat 00:00-da (Bakı vaxtı ilə 03:00) başlayıb və 23:59-a (çərşənbə axşamı Bakı vaxtı ilə 02:59) qədər davam edəcəyi gözlənilir.

Berlin, Bremen, Hamburq, Hannover, Dortmund, Düsseldorf, Münhen, Ştutqart, Frankfurt am Mayn hava limanlarında, həmçinin Köln/Bonn və Leypsiq/Halle hava limanlarında tətillər keçirilir.

Düsseldorf və Karlsrue/Baden-Baden yaxınlığındakı Vetse hava limanlarında tətilə yalnız aviasiya təhlükəsizliyi sektorunun əməkdaşları cəlb olunub. Nəticədə Almaniyanın böyük hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb.

Ölkənin müxtəlif hava limanlarının maraqlarını təmsil edən ADV assosiasiyasının ilkin hesablamalarına görə, tətillər səbəbindən 3400-dən çox reysin ləğv ediləcəyi və təxminən 510 min sərnişinin planlarının pozulacağı gözlənilir. Hava Nəqliyyatı Təşkilatının məlumatına görə, hazırda Almaniya hava limanlarında gündə orta hesabla 6000 uçuş həyata keçirilir.

Almaniyanın ən böyük Frankfurt hava limanında martın 10-da ümumilikdə 150 minə yaxın sərnişinin olduğu 1170 reys planlaşdırılır. Hava limanının operatoru sərnişinlərdən terminallara gəlməməyi xahiş edib.

Xidmət işçilərinin həmkarlar ittifaqı olan “Verdi” əmək haqqının, o cümlədən yerüstü xidmət işçilərinin 8%, lakin ayda 350 avrodan az olmayaraq artırılmasını tələb edib. Həmkarlar ittifaqı həmçinin üç əlavə istirahət günü ilə bağlı danışıqlar aparmaq istəyir.

Son xəbərlər