Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev AAYDA-ya 1,5 milyon manat ayırdı

07.03.2025 18:41 1 188
Prezident İlham Əliyev AAYDA-ya 1,5 milyon manat ayırdı
Prezident İlham Əliyev Bərdə rayonunun Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Median.Az
President.az-a istinadən bildirir ki, sərəncamla on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə sərəncamda göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq həvalə olunub.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Son xəbərlər