Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT

05.03.2025 19:29 864
Bakıda
Abşeron rayonunda vətəndaşlara "nəzirpaylayan" şəxs həbs edilib.

Median.Az
-ın "Qaynarinfo"ya istinadən verdiyi xəbərə görə, avaraçılıq və dilənçiliklə məşğul olan 1996-cı il təvəllüdlü Yevlax sakini F.Şahmurad adlı şəxs saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə açılan işə məhkəmədə baxılıb.

Məlum olub ki, F.Şahmurad zərərçəkmiş qadınlara özünü seyid kimi təqdim edib və Mir Mövsüm Ağanın ziyarətgahında yığılan nəzirləri insanlara payladığını deyərək, onlara qarşı dələduzluq edib.

O, Gülbuta Məmmədova adlı qadının evinə gedərək ona bir manat verib, "seyid puludur, üç gündən sonra xərcləyərsən" deyib. Bundan sonra həmin qadından ona bir stəkan çay verməsini xahiş edib. Zərərçəkmiş qadın da ona çay verdikdən sonra "seyid" dua oxumağa başlayıb. Daha sonra F.Şahmurad Gülbutaya deyib ki, evdə pulu varsa, gətirsin, çünki ona dua oxuyacaq və pul daha bərəkətli olacaq.

Gülbuta da cərrahi əməliyyat olunması üçün evin dolabında saxladığı 2000 manatdan 200 manatı gətirib. "Seyid" həmin pula "dua" oxuduqdan sonra zərərçəkmiş qadın aparıb eyni yerə qoyub. Bundan sonra F.Şahmurad ondan yenidən çay istəyib. Zərərçəkmiş qadın çay gətirənə qədər təqsirləndirilən şəxs pulu götürüb və heç nə olmamış kimi qadının verdiyi çayı içərək evi tərk edib.

Şahmurad eyni əməli Təbərrik adlı qadına da qarşı törətməyə cəhd edib. Lakin təqsirləndirilən şəxsin budəfəki cinayət əməli baş tutmayıb. Təbərrik evində olan 2100 ABŞ dolları və 340 manat pulun bərəkətli olması üçün gətirib həmin şəxsin qarşısında masanın üzərinə qoyub. Şahmurad pulları götürüb evdən qaçmaq istəyərkən zərərçəkmiş qadının qışqırığına gələn qonşularının köməyi ilə saxlanılıb və hadisə yerinə gələn polislərə təhvil verilib.

Məhkəmənin qərarı ilə Şahmurada 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Son xəbərlər