Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş məcburi köçkünlərin bəzilərinə TƏQAÜD VERİLƏ BİLƏR

05.03.2025 13:06 1 485
Keçmiş məcburi köçkünlərin bəzilərinə TƏQAÜD VERİLƏ BİLƏR
"Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması gözlənilir. Keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm".

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin dünən keçirilən iclasında deyib.

Bəs görəsən, keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsinin və onlara büdcə hesabına təqaüdün verilməsinin mahiyyəti nədir?

Bu təklif reallaşacağı təqdirdə, keçmiş məcburi köçkünlər üçün üstünlük nə olacaq?

İqtisadçı deputat Vüqar Bayramov mövzu ilə bağlı oxu.az-a danışıb.

Deputat təklifinin mahiyyətini belə izah edib:

"Yeni dəyişikliyə əsasən, keçmiş məcburi köçkünlər öz ata yurdlarına qayıtdıqdan sonra, peşə təhsili xərcləri dövlət hesabına qarşılanacaq. Məskunlaşmış keçmiş məcburi köçkün peşə təhsili almaq istəyirsə, o zaman həmin şəxs hər hansı bir ödəniş etmədən peşə təhsili almaq imkanına malik olacaq. Nəzərə almalıyıq ki, məşğulluq vacibdir. Məşğulluqda isə peşə təhsili önəmlidir.

Milli Məclisdəki təklifim ondan ibarətdir ki, keçmiş məcburi köçkünlər məskunlaşmamışdan öncə müvəqqəti yaşadıqları ərazilərdə peşə təhsili almaq istəyirlərsə, onların xərcinin dövlət büdcəsi hesabına ödənilməsi ilə yanaşı, həm də onlara təqaüdlər verilsin. Yəni onlar peşə təhsili aldıqları müddətdə təqaüd almaq imkanına malik olsunlar. Bu, keçmiş məcburi köçkünlərin peşə təhsili almasına stimullaşdıra bilər. Beləliklə, həmin şəxslər öz ata-baba yurdlarına təhsilli formada qayıda bilərlər. Bu da onların məskunlaşmadan sonra sürətli formada işlə təminatına xüsusi təkan verə bilər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oxşar praktika var. Bu zaman minimum əməkhaqqının 50 faiz həcmində təqaüdlər verilir. Hazırda bu rəqəm 200 manatdır. Oxşar praktikanı Elm və Təhsil Nazirliyinin xətti ilə keçmiş məcburi köçkünlər üçün reallaşdırmaq olar".

Son xəbərlər