Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Silahlı Qüvvələrinin arsenalına uzaqmənzilli hipersəs silahı daxil edilir

28.02.2025 11:45 1 173
ABŞ Silahlı Qüvvələrinin arsenalına uzaqmənzilli hipersəs silahı daxil edilir
2025-ci maliyyə ilinin sonuna qədər ABŞ Silahlı Qüvvələrinin arsenalına uzaqmənzilli hipersəs silahı daxil ediləcək.

Bu barədə "Defense News" Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən xəbər verib.

Bildirilir ki, söhbət Vaşinqton ştatında yerləşən Lyuis-Makkord birləşmiş bazasında dislokasiya olunan 17-ci artilleriya briqadası üçün nəzərdə tutulan yerüstü hipersəs raketlərindən gedir.

Qeyd olunur ki, bu silahın 2023-cü ilin payızına qədər yerləşdirilməsi planlaşdırılsa da, proses sınaqlar zamanı aşkarlanan problemlər səbəbindən ləngiyib.

Son xəbərlər