Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Emin Ağalarov: “Crocus Group”a terror aktı nəticəsində dəyən zərər 200 milyon dollara yaxındır

27.02.2025 19:34 1 023
Emin Ağalarov: “Crocus Group”a terror aktı nəticəsində dəyən zərər 200 milyon dollara yaxındır
“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə təxminən 150-200 milyon dollar zərər dəydiyini açıqlayıb.

O, bu barədə “RİA Novosti”yə müsahibəsində bildirib.

“Bu, terror biznes nöqteyi-nəzərindən “Crocus Group”a dağıdıcı təsir göstərdi. Çünki terror hücumundan sonra ərazidəki bütün obyektlərin işi iflic oldu, eləcə də gələnlərin sayı azaldı”, - o bildirib.

E.Ağalarov qeyd edib ki, konsert zalı gəlir gətirən biznes deyil: “Ən yaxşı ilində o, 1 milyon dollar gəlir gətirdi. Bərpa üçün böyük maliyyə resursları, on milyonlarla dollar tələb olunacaq. Ancaq mənbəyi “bugünkü maliyyə reallıqlarında” bəlli deyil. Ona görə də bərpa olunması ilə bağlı hələ qərar verilməyib”.

Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində "Piknik" qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.

Son xəbərlər