Piyada zolaqları “ölüm zolağı” kimi - Çıxış yolu nədir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:57 Papa Fransisk taxtdan imtina edə bilər  |     20:39 İraq və Suriyanın şimalında 17 terrorçu öldürülüb  |     20:33 Gündə 6 fincan qəhvə içmək bu xəstəliklərin yaranmasına SƏBƏB OLUR  |     20:22 Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...  |     20:11 Novorossiysk limanında iki gəmi toqquşub  |     20:03 "Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir"  |     19:41 Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verildi  |     19:26 İçdiyi viskinin şüşəsi ilə atasını öldürən şəxs cəzadan AZAD EDİLDİ  |     19:21 Xocalıda mina partladı: Müharibə iştirakçısı yaralandı  |     19:12 Həbsdə yatan nişanlıya qeyri-adi "yemək": Qazandan iki telefon çıxdı  |     18:56 Hava şəraitinin pisləşməsi ilə bağlı gəmilər sığınacaqlara çəkiliblər  |     18:53 Lerikdə polis tərəfindən 10 kiloqram narkotik aşkarlanıb  |     18:51 Azərbaycanda yeni dövlət agentliyi yaradılır - FƏRMAN  |     18:47 Sərnişinlərin DİQQƏTİNƏ: Bu gün avtobuslar saat 21:30-dək işləyəcək  |     18:44 Əhmədlidəki binaların bir hissəsini istiliklə təmin edən xətlərdə temperatur normadan aşağı düşüb  |     18:42 Hava şəraiti ilə əlaqədar iki universitetdə dərslər onlayn keçirilir  |     18:34 Məhkəmə Nurlan Libre barəsində qərar verdi  |     16:27 Alimlər heyrətdə: Xərçəng hüceyrələrinin sağ qalmaq üçün hansı yola "baş vurduqları" öyrənildi  |     16:26 Şri-Lankada timsah kişini şəhərin ortasında parçaladı  |     16:16 ABŞ-nin vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqlayıb  |    

Piyada zolaqları “ölüm zolağı” kimi - Çıxış yolu nədir?

Ekspert: “Bizi ən çox narahat edən məsələlərdən biri piyadaların yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxma hallarıdır”

Piyada keçidləri piyadalar üçün təhlükəsiz yol keçidini təmin etməli olsa da, bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən bu yerlər bir çox hallarda faciə məkanına çevrilir.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Qeyd olunub ki, fevralın 17-də paytaxtın Mətbuat prospektində piyada zolağına daxil olan ana və iki övladının vurulması ilə nəticələnən hadisə bir daha onu deməyə əsas verir ki, hələ də yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan sürücülər var: “Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, piyadalara qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir sürücü bilməlidir ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər. Daha məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi əməl etmək və piyadalara hörmət etmək hər bir sürücünün borcudur! Unutmayaq ki, qaydalara əməl etmək təkcə qanuni öhdəlik deyil, həm də insanlıq borcudur”.

Bir çox halda piyadalar zolağa daxil olurlar və gözləmədən yolu keçirlər. Bu zaman iki səbəb üzə çıxır: ya sürücülərə arxayınlaşıb zolağı keçirlər, ya da elə başa düşürlər ki, piyada ayağını keçid zolağına qoyan kimi sürücünün borcu ona yol verməkdir. Bundan əlavə, Bakıda və regionlarda elə küçələr var ki, orada piyada zolaqları olan xətlər silinib, sürücülər məlumatsız olurlar.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında 1031 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub.

Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb. Hadisələrin 41,0 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib.

Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13,3 faiz azalaraq 851 nəfər olub.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, piyada keçidləri, eyni zamanda keçidlərdən istifadə ilə bağlı ciddi problemlər var: “Problem budur ki, bəzi piyadalar keçidlərdə davranış qaydalarını anlamırlar, məsuliyyətsizlik edirlər. Bəzi sürücülərin də piyadalara yol vermək, piyadalarla bağlı davranış qaydaları haqqında məlumatları azdır. Bu baxımdan hesab edirəm ki, təbliğatı gücləndirmək lazımdır. Eyni zamanda sürücülərin təlimlərində, imtahanlarında piyadalarla bağlı mövzulara geniş yer vermək gərəkdir. Əslində qaydalara riayət etmək çətin məsələ deyil. Piyadalar da qaydaları pozurlar. Qanunvericilikdə piyadalarla bağlı 4 halda cərimə tətbiqi nəzərdə tutulur:

Operativ nəqliyyat vasitələrinə yol verməmə;

İşıqforun qırmızı işığında hərəkət etmək;

Piyada keçidindən istifadə etməmək;

Yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmaq.

Bizi ən çox narahat edən məsələlərdən biri piyadaların yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxma hallarıdır. Adətən piyadalar keçiddə olduqlarını əsas gətirərək özlərini haqlı çıxarmağa çalışırlar. Piyada keçidi olsa belə, nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsi texnikadır, əyləc məsafəsi uzana bilər, sürücü piyadanı görməyə bilər və s. Biz adətən deyirik ki, piyada və sürücünün göz təması olmalıdır. Hər iki tərəf bir-birini gördüyündən əmin olmalıdır. Keçidin təhlükəsiz olmadığından əmin olmadan yolu keçməyə cəhd etmək isə məsuliyyətsizlikdən irəli gəlir. Belə olan halda səhv piyadalardadır. Səhv bir çox halda ağır faciələrə gətirib çıxarır. Bu məsələ ilə bağlı maarifləndirici tədbirləri gücləndirmək lazımdır".

Ekspert hesab edir ki, piyada infrastrukturu ilə bağlı ciddi problemlər, qüsurlar var: “Bakının mərkəzində belə piyada keçidləri yoxdur, silinib. Bəzi keçidlərdə nişan var, xətləmə yoxdur. Sürücü ən azı 100-150 metr məsafədə piyada keçidinin olduğunu bildirən nişanı görməlidir. Bunlar olmadığı hallarda ciddi problemlər yaşanır”.

Xatırladaq ki, bir həftə öncə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. Müraciətdə deyilir:

“Son zamanlar piyada vurma hallarının təhlili qəzaların əsasən piyadaların yolu müəyyən olunmayan yerlərdən keçməsi, nəqliyyat vasitələrinin önündən anidən yola çıxmaları, yolu keçərkən yola baxmamaları və sair bu kimi hallar səbəbindən baş verdiyini göstərir.

Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, yenə də bəzi piyadalar öz həyatlarına biganə yanaşaraq yol hərəkəti qaydalarını kobud formada pozur, nəticədə öz həyatlarını itirirlər".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha həyat əhəmiyyətli təhlükəsizlik qaydalarını piyadaların və sürücülərin diqqətinə çatdırıb.

Piyadalar üçün təhlükəsizlik qaydaları:

Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin. Piyada keçidləri, yeraltı və ya yerüstü keçidlərdən istifadə edin.

İşıqforun siqnallarına riayət edin. Yalnız yaşıl işıqda yolu keçin. Qırmızı işıqda dayanmaq vacibdir.

Göz təması qurun. Sürücünün sizi gördüyünə əmin olun.

Telefon və qulaqcıqlardan istifadə etməyin. Yolu keçərkən diqqətiniz dağılmamalıdır.

Gecə vaxtı reflektorlu və ya açıq rəngli geyim geyinin. Bu, sürücülərin sizi daha yaxşı görməsinə kömək edər.

Dayanmış avtomobilin qarşısından yolu keçməyin. Bu, digər sürücülərin sizi görməməsinə səbəb ola bilər.

Qaçaraq və ya ani hərəkətlə yolu keçməyin. Sürücülər sizin hərəkətinizi əvvəlcədən görməli və reaksiya verməyə vaxt tapmalıdırlar.

Sürücülər üçün təhlükəsizlik qaydaları:

Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın. Piyadalara yol verməyə hazır olun.

İşıqforlara və yol nişanlarına əməl edin. Xüsusilə məktəb və xəstəxana yaxınlığında daha diqqətli olun.

Yağışlı və qarlı havada ehtiyatlı sürün. Yol sürüşkən ola bilər və əyləc məsafəsi uzana bilər.

Piyadaları gözləyin və göz təması qurun. Əmin olun ki, piyada sizin maşını dayandırdığınızı anlayır.

Telefon və digər yayındırıcı vasitələrdən istifadə etməyin. Sürərkən diqqətiniz tam yolda olmalıdır.

Alkoqollu içkilərdən sonra sükan arxasına keçməyin. Bu, həm sizin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəlidir.

Uşaqlı və yaşlı piyadalara xüsusi diqqət ayırın. Onlar daha ləng hərəkət edə bilər və təhlükəni vaxtında fərq etməyə bilər.

Maksimum sürət həddini aşmayın. Sürət həddi piyadaların və digər nəqliyyat vasitələrinin təhlükəsizliyini qorumaq üçün müəyyən edilib.

Qeyd olunub ki, bu qaydalara riayət etməklə yollarda təhlükəsizliyi təmin etmək mümkündür.

(musavat.com)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 20.02.25 18:39