Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar

18.02.2025 13:16 978
Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar
Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.

Median.Az
"Report"a istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycanın dini icmaları adından Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti kimi fəaliyyətinizin uğurlu başlaması münasibətilə səmimi təbriklərimizi çatdırmaq bizim üçün böyük imtiyaz və şərəfdir. Bu ali vəzifənizdə sizə ən xoş arzularımızı, həmçinin bu ali vəzifəni sizə etibar edən Amerika xalqına davamlı firavanlıq və rifah diləklərimizi bildiririk.

Müxtəlif dinlərə mənsub insanların tarixən sülh və harmoniya şəraitində birgə yaşayan Azərbaycanın dini liderləri olaraq, biz də bu fürsətdən istifadə edərək, sizin Birləşmiş Ştatlarda ənənəvi dəyərlərin və dini etiqad azadlığının qorunması məsələlərinə sarsılmaz sadiqliyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Sizin din, ailə və əxlaq prinsiplərinə qəti sadiqliyiniz bütün dünyada milyonlarla insana ümid işığı tutur, yenidən mənəvi dəyərlərin və əxlaqi bütövlüyün təşviq edilməsinə xidmət edir.

Vətənimiz Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi nadir məkanlardan biridir. Biz fəxr edirik ki, dünyanın bir çox yerində islamofobiya, antixristianlıq və antisemitizm kimi etnik, dini və irqi ayrı-seçkiliyin artdığı bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər din ardıcıllarının həmişə harmoniya və firavanlıq şəraitində yaşadıqları bir nümunə kimi çıxış edir.

Azərbaycanda mədəniyyət ocaqları ilə yanaşı məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir. Dövlətimiz bütün dini icmalar üçün bərabər şərait yaradır, onların dini qurumlarını qayğı və himayə ilə dəstəkləyir, onlara mütəmadi olaraq maddi və mənəvi yardım göstərir, ölkənin ictimai həyatında fəal iştirakına təminat verir.

Müxtəlifliyin zəngin irsini qoruyub saxlayan, dini azadlıqları dəstəkləyən, qlobal dinlərarası dialoqda fəal iştirak edən Azərbaycan qlobal sülhə mühüm töhfə verir və nümunə kimi çıxış edir.

Bu dini harmoniyanın xüsusi diqqətə layiq nümunəsi əsrlər boyu təqib və ya ayrı-seçkilikdən azad bir mühitdə inkişaf edən Azərbaycanın yəhudi icmasıdır. Quba rayonundakı tarixi Qırmızı Qəsəbə müsəlman dünyasındakı ən qədim və ən böyük yəhudi icmalarından birinin məskənidir. Burada fəaliyyət göstərən sinaqoqlar, məktəblər və mədəniyyət mərkəzləri ilə bu məkan Azərbaycanın dini azadlıqlara sarsılmaz sadiqliyinin sübutudur. Bununla yanaşı, Azərbaycan hökuməti xristian və yəhudi dini qurumlarına böyük dəstək verir, onların Azərbaycanın vətəndaş və ictimai həyatında fəal iştirakını təmin edir.

Sizin Ağ Evin İnam Ofisini yaratmaq və keşiş Paula Uayt-Keyni baş məsləhətçi vəzifəsinə təyin etmək qərarınız imanı idarəçilik və ictimai həyata inteqrasiya etmək üçün güclü öhdəliyi əks etdirir. Onun dini etiqad azadlığı, humanitar hüquqlar və mənəvi dəyərlərin müdafiəsində liderliyi Azərbaycanda üstün tutduğumuz prinsiplərə uyğundur.

Biz qarşılıqlı anlaşma və ortaq dəyərləri təşviq etmək üçün Birləşmiş Ştatlardakı liderlər və təşkilatlarla əlaqə qurmağı səbirsizliklə gözləyirik. Ümidvarıq ki, sizin rəhbərliyiniz altında bütün dünyada dinə əsaslanan icmalar möhkəmlənməkdə, dini azadlıqlar qorunub saxlanmaqda davam edəcək.

Bir daha səylərinizə görə dərin minnətdarlığımızı bildiririk. Qoy, sizin prezidentlik dövrünüz hamı üçün birlik, mənəvi möhkəmlik və rifahın möhkəmləndirilməsində davamlı uğurlarla əlamətdar olsun.

Ən yüksək hörmət və xeyir-dualarla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqazın baş müftisi

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu

Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekti

Milix Yevdayev

Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudi İcmasının rəhbəri

Robert Mobili

Alban-Udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Bakıdakı Yəhudi Sefardi Dini İcmasının rəhbəri".скачать dle 11.3
Mojo.az Banner