Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar |
Mojo.az Avto
Mojo.az Avto

Astanaya uçan təyyarə Türkiyədə təcili eniş etdi

14.02.2025 13:35 1 245
Astanaya uçan təyyarə Türkiyədə təcili eniş etdi
Türkiyənin "Pegasus" aviaşirkətinin təyyarəsi Ukrayna vətəndaşlarının iştirakı ilə baş verən dava səbəbindən Ərzurum hava limanında məcburi eniş edib.

Median.Az
bu barədə Türkiyənin NTV telekanalına istinadla xəbər verir.

Məlumata görə, Antalya-Astana reysinin ilk dəqiqələrində Ukraynadan olan cütlük və Qazaxıstandan olan qadınlar arasında mübahisə yaranıb. Münaqişə davaya çevrilib.

Stüardessalar dava edənləri ayıra bilməyiblər. Bundan sonra pilot Ərzurumda məcburi eniş etmək qərarına gəlib.

Hava limanına gələn polis əməkdaşları dörd sərnişini saxlayıb və ifadələrini almaq üçün bölməyə aparıblar. Daha sonra onlar tibbi müayinə üçün xəstəxanaya göndəriliblər.

Bildirilir ki, ukraynalı cütlük və Qazaxıstandan olan qadınlar bir-birlərindən şikayətçi olublar.

Təyyarə yanacaq doldurub Astanaya yola düşüb və bir neçə saatdan sonra uğurla eniş edib.

Son xəbərlər