Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Sinif rəhbəri şagirdin başını dəfələrlə divara vurub? - ARAŞDIRMA BAŞLADI (FOTO)

13.02.2025 21:30 1 239
Sinif rəhbəri şagirdin başını dəfələrlə divara vurub? - ARAŞDIRMA BAŞLADI (FOTO)
Gəncədə sinif rəhbəri 5-ci sinif şagirdini döyüb.

Median.Az
xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya azyaşlının babası Ələddin Hüseynov müraciət edib.

Onun sözlərinə görə, hadisə Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə baş verib. Ə.H.-nin sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyüldüyü deyilir: "Bu, ilk hadisə deyil, daha öncə də nəvəm həmin müəllim tərəfindən döyülüb. Tualetdə "niyə direktora demisən?" söyləyərək uşağı bir daha döyüb. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əzilib. Hazırda əlinə sarğı qoyulub. Bütün gecəni başının ağrısından dayana bilməyib. Səhəri gün məktəbə getdik, müəllimdən uşağı niyə vurmasının səbəbini soruşduq. Kollektivin qarşısında bizə "vurmuşam, yaxşı etmişəm" dedi".

Sadalanan ittihamlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, faktla bağlı araşdırma aparılıb: "34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, valideynin müraciəti ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır:

"Faktla bağlı müvafiq ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".





скачать dle 11.3
Mojo.az Banner