Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır

13.02.2025 21:27 726
Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır
Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına daxildir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qadın sonsuzluğuna reproduktiv yaşda olan qadınların təxminən 10-15%-də rast gəlinir:

"Sonsuzluq uşaqlıq və ya yumurtalıqların anadangəlmə inkişaf qüsurları, genetik və immun pozğunluqlar, ətraf mühitin mənfi təsirləri, zərərli vərdişlər, somatik və ginekoloji xəstəliklər, infeksiyalar və digər amillərlə bağlı ola bilər. Bu problem ailə planlamasında çətinliklər yaradır və cütlüklərin həyat keyfiyyətinə mənfi təsir göstərə bilir"

Vurğulanıb ki, qadın sonsuzluğunun səbəblərini dəqiq müəyyən etmək üçün diaqnostika prosesi çoxşaxəli yanaşma tələb edir:

"Hormonal testlər diaqnostika prosesinin əsas mərhələlərindən biridir. Diaqnozu dəqiqləşdirmək üçün həkim pasiyentə hormonal testlər və əlavə laborator analizlər təyin edə bilər. Ovulyasiya və mayalanma prosesinin normal fəaliyyətini qiymətləndirmək üçün əsas götürülən follikul stimullaşdırıcı hormon (FSH), lüteinləşdirici hormon (LH), prolaktin, estrogen, progesteron, sərbəst testosteron və tiroid stimullaşdırıcı hormon (TSH) kimi hormon səviyyələrini ölçən testlər icbari tibbi sığortanın Xidmətlər Zərfində təminata daxildir. Laborator analizlərə ureaplazma, mikoplazma, süzənək, trixomoniaz, xlamidiya və digər infeksiyaların yoxlanması daxildir. Pasiyentlər icbari tibbi sığorta ilə ixtisaslı həkim göstərişi əsasında bu tibbi yoxlanışlardan keçə bilərlər.

Reproduktiv orqanların sağlamlıq vəziyyətini qiymətləndirmək üçün əsas metodlardan digəri icbari tibbi sığorta təminatına daxil olan instrumental-diaqnostik müayinələrdir. Bunlardan ən çox müraciət olunanı USM-dir. Sonsuzluğun diaqnostik tədbirlər kompleksinə uşaqlıq boynundakı xroniki infeksiyaların əlamətlərini aşkarlamaq üçün kolposkopiya, uşaqlıq boruları keçiriciliyinin pozulmasını araşdıran histerosalpinqoqrafiya (HSG) müayinələri də daxildir. Bu müayinələr uşaqlıq boynunda yara, iltihab problemlərini, boruların keçməməzliyini, anadangəlmə quruluş pozuntularını aşkar etməyə kömək edir.

Menstrual dövrü nizamsız olan qadınlarda hipofiz vəzinin problemlərini (neyroendokrin xəstəlikləri) müəyyən etmək üçün müayinələr təyin oluna bilər. Tibbi göstəriş əsasında bu pasiyentlər kəllə və türk yəhərinin rentgen, KT və ya MRT müayinələrindən keçə bilərlər".

"Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr, boru keçməməzliyi və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələr tətbiq olunur. Bu müdaxilələr qüsurların, törəmələrin aradan qaldırılması, həmçinin reproduktiv sistemin funksionallığının bərpasına xidmət edir. Uşaqlıq polipləri, miomalar, boru keçməməzliyi və endometrioz kimi patologiyalar icbari tibbi sığorta hesabına cərrahi üsullarla (açıq, laparoskopik və ya histeroskopik) aradan qaldırılır.

Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər. İcbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər