Mojo.az — elanlar
Son Xəbərlər
21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın U-17 millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb

11.02.2025 20:05 948
Azərbaycanın U-17 millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb.

AFFA-nın mətbuat xidmətinə açıqlama verən U-17-nin baş məşqçisi İlham Yadullayev B qrupunda Rusiya, İran və Qazaxıstan yığmaları ilə keçiriləcək matçlara yaxşı hazırlaşdıqlarını deyib.

O, rəqibləri təhlil etdiklərini söyləyib:

“İlk görüşümüz Rusiyaya qarşı olacaq. Rəqibin oynunu təhlil etmişik. Ümumiyyətlə, rəqiblərimiz yaxşı komandalardır və turnirin səviyyəsi yüksəkdir. Məqsədimiz komanda şəklində maksimum dərəcədə uğurlu çıxış etməkdir. Heyətə cəlb olunan yeni oyuçuları sınamaq istəyirik. Rusiya ilə matçın ertəsi günü İran kollektivi ilə üz-üzə gələcəyik. Qısa müddətdə ardıcıl görüşlərə çıxmaq çətinlik yarada bilər. Ancaq ümumilikdə belə qarşılaşmalar futbolçularımız üçün böyük təcrübədir".

İnkişaf turniri martda baş tutacaq Avropa çempionatının 2024/2025 mövsümünün II mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyır. B Liqasında yer alan U-17 millimiz VI qrupda martın 19-da Albaniya, 22-də isə Uels yığması ilə qarşılaşacaq. İlham Yadullayev əsas diqqətlərinin məhz Albaniyada keçiriləcək həmin matçlara yönəldiyini vurğulayıb:

“İnkişaf turniri Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyır. Martdakı rəsmi oyunlarda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Mütəxəssis bu gün başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib. O, hazırlığın fevralın 14-dək Bakıda təşkil olunacağını söyləyib:

“Toplanış ayın 14-dən Minskdə davam edəcək. Hazırda ölkə çempionatında iştirak edən futbolçulara üstünlük vermişik. Eyni zamanda İspaniyanın “Marcet” komandasından 5 futbolçu dəvət etmişik”.

Qeyd edək ki, U-17 İnkişaf turnirində fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstan komandaları ilə qarşılaşacaq. Turnirdə həlledici görüşlər fevralın 21-də keçiriləcək.

Son xəbərlər