Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Futbol üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsində Fransanın rəqibi olub

05.12.2024 19:21 1 128
Futbol üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsində Fransanın rəqibi olub
Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsinin püşkü atılıb.

Tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 9-cu qrupda yer alan U-17 millimiz Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.

Son xəbərlər