Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

7 körpənin öldüyü yanğınla bağlı MƏHKƏMƏ: “İki vedrə su və yorğanlardan istifadə ediblər”

11.02.2025 11:41 942
7 körpənin öldüyü yanğınla bağlı MƏHKƏMƏ: “İki vedrə su və yorğanlardan istifadə ediblər”
Respublika Perinatal Mərkəzində 7 yeni doğulmuş körpənin yanğında ölməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

Median.Az
Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əsas təqsirləndirilən şəxs - hadisə baş verən zaman mərkəzin direktoru olmuş Mehriban Abasquliyevanın istintaqa verdiyi ifadəsi elan edilib.

O, məhkəmədə sərbəst danışmaqdan imtina etdiyinə görə hakim Leyla Əsgərova-Məmmədova onun əvvəlki ifadəsini oxuyub.

Abasquliyeva hadisəyə görə özünü deyil, TƏBİB-i və işçiləri ittiham edib. İddia edib ki, bəzi əməkdaşlar həm bacarıqsız olub, həm də səhlənkarlıq ediblər. Eks-direktorun istintaqda dediyi sözlərə əsasən, Fövqəladə Hallar Nazirliyi vaxtilə Perinatal Mərkəzə yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təlimat göndərsə də, TƏBİB maliyyə çatışmazlığı səbəbindən tədbirlər görməyib:

“Mən direktor təyin ediləndən sonra öz vəsaitim hesabına bəzi işlər gördüm. Yeni doğulmuşlar otağında cəmi 3 işçi masası var idi, mən artırdım, əlavə çarpayılar gətizdirdim. Ancaq indi mənə təşəkkür etmək əvəzinə, artıq xəstə qəbulunda ittiham edirlər”.

Təqsirləndirilən şəxs xəstə sayının çarpayı sayından çox olması ilə bağlı ittihamları qəbul etməyib və bunun digər xəstəxanalarda da adi hal olduğunu deyib.

Hadisə gecəsi növbədə olan tibb işçilərinin fəaliyyətini də tənqid edən Abasquliyeva bildirib ki, onlar yanğını söndürmək üçün yalnız iki vedrə su və tezalışan yorğanlardan istifadə ediblər:

“Yanğınsöndürən balonlar var idi, amma istifadə etməyi bacarmayıblar. Halbuki ilkin yanğınsöndürmə qaydalarını bilməliydilər. Bəziləri isə ümumiyyətlə, kənardan seyr edib. Baş prokuror Kamran Əliyev də hadisə yerində jurnalistlərə açıqlamasında deyib ki, yanğın başlayan zaman növbətçi həkim yalnız 7 dəqiqə sonra hadisə yerinə gəlib”.

Abasquliyeva özündən əvvəl mərkəzə rəhbərlik etmiş Məryəm Rzayevanı da günahlandıraraq onun da məsuliyyətə cəlb olunmasını tələb edib:


“Guya mən direktor gələndən sonra təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac olduğunu mənə bildirib. Yalandır. Deyə bilər ki, işdən çıxanda fövqəladə hallar nazirinə də bu barədə məlumat verib. Buna inanmaq olmaz. Onun barəsində də cinayət işi başlanmalıdır.”


Növbəti məhkəmə iclasında Mehriban Abasquliyevanın digər ifadələri elan ediləcək.

Son xəbərlər