Mojo.az Banner
15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Perinatal Mərkəzdəki yanğın zamanı təxliyə olunmuş körpələrdən ikisi öldü

23.01.2024 13:33 1 134
Perinatal Mərkəzdəki yanğın zamanı təxliyə olunmuş körpələrdən ikisi öldü
Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan 2-si dünyasını dəyişib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, körpələr bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Perinatal Mərkəzdə yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, “Yeni Klinika”ya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi.скачать dle 11.3
Mojo.az Banner