Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

Perinatal Mərkəzdə körpələrin ölümü ilə bağlı şahidlər məhkəməyə məcburi gətiriləcəklər

14.04.2025 14:48 807
Perinatal Mərkəzdə körpələrin ölümü ilə bağlı şahidlər məhkəməyə məcburi gətiriləcəklər
Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən proses zərərçəkənlərin ifadəsi ilə işini davam etdirib.

Zərərçəkən qisimdə tanınan Gülbahar Zülfüqarova ifadəsi zamanı deyib ki, o, mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin əməkdaşı olub.

"Mən orada mamaça vəzifəsində çalışıram. Həmin gün növbədə idim. Bizim şöbə birinci mərtəbədə çalışıram. Hadisə dördüncü mərtəbədə baş verib. Mən ora cavabdeh deyiləm. Kimsə dedi ki, 4-cü mərtəbədə yanğın baş verib. Qalxdıq. Soruşdum ki, kiməsə demisiniz? Təkcə, polisə məlumat verdiklərini dedilər. Mən tez aidiyyəti orqanlara və Mehriban xanıma (Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva - red.) məlumat verdim. Daha sonra yenə ora qayıtdım. Qara tüstü ətrafı bürüdü".

Şahid Vaqif Hacıyev isə bildirib ki, o, mərkəzdə mühafizəçi olaraq çalışıb.

"Mən mərkəzin daxili mühafizəçisiyəm. Mənimlə yanaşı, Daxili İşlər Nazirliyinin Mühafizə Xidmətindən də bir şəxs var. Adətən, mərkəzdə xəstə olarkən biz yeməyə gec gedirik. Həmin gün də yeməyə gec getdim. Qeydiyyat şöbəsində çalışan qız mənə zəng etdi. Danışıqdan heç nə anlamadım. Elə bildim dava olub. Qeydiyyat şöbəsinə qaçdım. Gördüm ki, heç kim yoxdur. Bilmədim, kim idi, amma 4-cü mərtəbədə yanğın olduğunu eşitdim. Yanğınsöndürmə balonunu götürüb 4-cü mərtəbəyə qaçdım. Hamı ora yığışmışdı. Yanğını söndürməyə çalışdıq. Ətraf qara tüstü idi. Rəhbərlik ora yanğınsöndürənlərdən öncə gəlmişdi. Yanğının söndürülməsi üçün işlər görürdü. Biz küvəzlərin təhlükəsiz yerə aparılması üçün köməklik etdik".

Bir neçə zərərçəkən şəxs məhkəmədə iştirak etmədiyindən onların prosesə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Proses aprel 28-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner