Mojo.az Banner
23:00 "Bəzi dərmanları qəbul etdikdən sonra sükan arxasına əyləşmək olmaz" - Video  |     22:53 "3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə  |     22:46 Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - Video  |     22:41 Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - Video  |     22:34 Daha bir "tiktoker" təhqirə görə həbs olundu  |     22:29 Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək  |     22:22 Elşən Xəzərin qızı "Beniz"in məhkəməsində ifadə verdi  |     22:15 Dördüncü kurs tələbəsi dünyasını dəyişdi  |     22:10 AzMİU-da yanğın olub? - Rəsmi açıqlama  |     22:02 Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar  |     21:57 Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı  |     21:49 Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi  |     21:44 Attestatlar elektron formada təqdim olunacaq  |     21:36 Şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI  |     21:31 Azərbaycanda gənc müəllim vəfat etdi  |     21:22 Bakının 4 rayonunda istinad divarları tikiləcək  |     21:17 Qohumlarına toy mərasimi üçün kömək edib, evinə qayıdan qadının hamamda meyiti tapıldı  |     21:10 Qotur göllə bağlı zəruri tədbirlər görüləcək  |     21:04 “3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” - Video  |     20:55 Ermənistan suyu rusların boğazından keçmədi - Satışı qadağan edildi  |    
Left Banner
Right Banner

Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi

13.01.2025 15:19 1 425
Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib.

Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.

Dövlət ittihamçısı Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirib, onun ibtidai istintaqda verdiyi ifadəsini elan edib.

İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinatal Mərkəzin direktoru işləyib. Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb.

Məhkəmənin növbəti iclası fevral ayının 10-da keçiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.скачать dle 11.3
Mojo.az Banner