Mojo.az Banner
20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |     20:40 Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI  |     20:39 Yunanıstan Azərbaycandan neft idxalını artırıb  |     20:28 TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA  |     20:23 Bu şəhər yeni Dubaya çevrilə bilər: Dəbdəbəli istirahəti harada axtarmaq olar?  |     20:08 MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə  |     20:06 Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir  |     19:57 Əli Baxışov Avropa çempionatında ikinci oldu  |     19:45 Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib  |     19:33 Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO  |     19:24 Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:14 Avropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı  |     19:06 Reperin qətli müxalifəti yeraltına çəkdi - Afrika ölkəsində nə baş verir?  |     18:57 Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz TƏMİR OLUNACAQ  |     18:54 Vəzifəli şəxslər cərimələndi  |     18:49 Gəncədə 49 yaşlı qadın evində qətlə yetirildi - Oğlu şübhəli bilinir  |     18:47 Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO  |     18:32 Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir  |     18:30 Xocavənddə mina partlayışı: Xəsarət alan var  |     18:17 Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi  |    
Left Banner
Right Banner

Azərbaycana gətirilən arıqlama çaylarında təhlükəli maddə aşkarlandı - XƏBƏRDARLIQ

06.02.2025 11:17 882
Azərbaycana gətirilən arıqlama çaylarında təhlükəli maddə aşkarlandı - XƏBƏRDARLIQ
Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada "arıqlama çayı və qəhvələri" adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən sibutramin maddəsinin olduğu aşkar edilib.

Bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Bildirilib ki, sibutramin maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir və bu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur:

"Ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yol verilməməsinin vacibliyi diqqətə çatdırılır.

Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən, piylənmə əleyhinə vasitə kimi istifadə olunan sibutramin tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub və tərkibində sibutramin olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib. Sözügedən qərarlarda haqqında danışılan maddənin Avropa Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan çıxarılması və beynəlxalq səviyyədə onların istifadəsinin qadağan olunması təsbit olunub. Ona görə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir.

Sibutramin təsiredici maddəsinin, ümumilikdə 10 092 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, miqren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdə dayandırılıb. Belə ki, Azərbaycandan başqa, sibutramin tərkibli məhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Misir və digər dövlətlərdə qadağan olunub.

Sonda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları tövsiyə olunur".скачать dle 11.3
Mojo.az Banner