Mojo.az Banner
16:31 Maqnit qasırğası Yeri bürüdü  |     14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |     11:11 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI  |     10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |     23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |    
Left Banner
Right Banner

Azərbaycana külli miqdarda brilyant gətirənlər yaxalandı

27.03.2018 17:07 2 719
Azərbaycana külli miqdarda brilyant gətirənlər yaxalandı
Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

Median.Az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçib nəzarət zonasını tərk edərkən saxlanılıb.
Ondan baqajında, əl yükündə və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib. Bundan sonra vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşın üzərindən 17 ədəd kiçik ölçülü polietilen paketlərdə cəmi 571 ədəd müxtəlif həcmli qaşlar aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 96,072 karat olan brilyant qaşlardır. Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner