Mojo.az Banner
21:15 Ərinin qətlini sifariş verən qadına və tanışlarına hökm oxundu  |     21:10 Adnan Əhmədzadə yenə həbsdə qaldı  |     21:03 Bu yolda sürət həddi endirildi  |     20:58 Cəlilabadda avtomobil piyadanı vurdu  |     20:42 Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     20:37 Sabah Naxçıvanın bəzi yerlərində işıq kəsiləcək  |     20:17 Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir  |     20:17 Məlikməmməd Qurbanovun cəzası azaldıldı  |     20:09 İrandakı etirazlarda 12 min nəfər öldürülüb  |     20:04 Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq  |     19:56 Türkiyədə prokuror qadın hakimi güllələdi  |     19:51 "Azərbaycan və Ermənistandakı narahatlıqlar yersizdir" - Paşinyan  |     19:44 Beyləqanda 5 nəfər 15 yaşlı qıza təcavüz etdi - Biri tanınmış iş adamının oğlu imiş (FOTO)  |     19:39 Azərbaycanda 1 şəhər və 4 rayonda icra başçısı yoxdur  |     19:30 Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb  |     19:25 İrandan idxal olunan məhsullar bahalaşıb - Video  |     19:16 "Dövlət proqramının icrası su itkisini azaldacaq" - Deputat  |     19:11 Metroda qiymətlər qalxacaq? - RƏSMİ AÇIQLAMA  |     19:03 "Marketdən oğurluq edəcəkdim, uşaqlar ac idi"  |     18:58 Qızılın qiyməti 5 000 dollar ola bilər - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Azərbaycanın nar ixracından gəliri niyə azalıb?

05.02.2025 22:34 684
Azərbaycanın nar ixracından gəliri niyə azalıb?
2024-cü ildə Azərbaycan nar ixracının həcmini 2023-cü illə müqayisədə artırsa da, bu sahədən əldə etdiyi gəlir azalıb.

Median.Az
xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Onun sözlərinə görə, ötən il ölkəmiz əvvəlki ilə nisbətən 18.5 % çox - 33.9 min ton nar ixrac edib, əvəzində isə 2.7 % az - 29.8 milyon ABŞ dolları gəlir əldə edib.

"Azalma əsasən Rusiya rublunun dəyərdən düşməsi, bununla da alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın nar ixracında ənənəvi bazarı Rusiyadır. İxracatçılarımız bəzən hətta məhsullarını maya dəyərindən aşağı satmalı olublar. Bundan başqa, ötən mövsümdə logistika xərcləri artıb. Son nəticədə nar ixracından gəlirimiz azalıb", - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, hazırda nar istehsalçıları ixracını şaxələndirməyə çalışır: "Bunun üçün Avropa İttifaqı və Yaxın Şərq ölkələrinə ixraca başlamışıq və böyük həcmdə məhsul satmaq potensialımız mövcuddur. Eyni zamanda Çin bazarı ilə də maraqlanırıq. Amma bu ölkəyə ixrac üçün Azərbaycanla Çin arasında qida razılaşması olmalıdır. Hazırda Çinə yalnız içki ixrac edə bilirik. Bu məsələ iki ölkənin hökumətləri arasında həll edilsə, Çin bazarı bizim üçün prioritet ola bilər".



F.Qaraşov dövlətin nar istehsalını stimullaşdıran addımlarına böyük ümid bəslədiklərini də deyib: "Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni qərarla intensiv nar bağlarının hər hektarına görə 3 000 manat subsidiya ayrılıb. Lakin bu subsidiya yalnız 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-nə qədər salınacaq bağlara və müəyyən şərtləri ödəyən təsərrüfatlara şamil edilir. Üstəlik, bağlarda damcı suvarma sistemi olmalı, minimal ting sayı və digər texniki şərtlər yerinə yetirilməlidir. Birdəfəlik ödəmə ilə yanaşı, illər üzrə təmin edilən subsidiya məbləğinin bir qədər artırılması düşünürəm ki, daha perspektivli olar. Çünki əkildiyi dövrdən etibarən, 3 ildən sonra məhsulun maya dəyərində nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir və bu da satış vaxtı fermerin gəlir göstəricisinə təsir edir. Bu əsasla subsidiyanın artırılması fermerlərə müsbət təsir göstərməklə yanaşı mövcud nar bağlarının bir qədər də genişləndirilməsinə səbəb olar".

Azərbaycanda nar bağlarının sahəsi 22.8 min hektardan çoxdur. Bunun 21.6 min hektarı və yaxud 94.7 %-i barverən yaşdadır. Nar bağlarının cəmi 83%-i ənənəvi, 17%-i isə intensiv bağlardır. Əsas istehsalçı rayonlar Göyçay (21.6 %), Kürdəmir (17 %), Sabirabad (7.4 %), Şəmkir (6.9 %) və Hacıqabuldur (5.6 %).скачать dle 11.3