Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |    
Mojo.az Avto
Mojo.az Avto

Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı

04.02.2025 19:27 984
Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı
Səbail rayonu, Dənizkənarı Milli Parkın "Azneft" dairəsi yaxınlığında olan hissəsində skuterlə azyaşlı vurulub.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 2001-ci il təvəllüdlü Sabir adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, hadisə 10 iyul 2024-cü il tarixdə, təxminən axşam saat 21.00 radələrində baş verib. Belə ki, "Azneft" dairəsinə yaxın meydanda Sabir skuteri arxaya hərəkət etdirərkən azyaşlı qız uşağına çırpılıb. Nəticədə qız uzun sürən komatik vəziyyətlə müşayiət olunan kəllə beyin travması alıb. 

Məhkəmənin qərarı ilə Sabirə saxlanıldığı iki gün çıxılmaqla, 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

Son xəbərlər