Mojo.az Banner
17:26 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı  |     17:06 Zibilliyin yanından keçərkən burnunu tutdu, velosipedçini vurub öldürdü - Lənkərandakı qəzanın TƏFƏRRÜATI  |     16:39 İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi  |     16:30 Genişmiqyaslı korrupsiya əməliyyatı: Deputatın evindən qızıldan alt paltarı tapıldı (FOTO)  |     16:23 Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ  |     16:01 Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi? - Rəy  |     15:58 Azərbaycan neçə erməni hərbçinin qalıqlarını təhvil verib?  |     15:49 Yeni binadan ev və ya obyekt alanların DİQQƏTİNƏ - ALİ MƏHKƏMƏDƏN TÖVSİYƏ  |     15:23 Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar - FOTO  |     15:21 Ceyhun Bayramov Yermek Koşerbayevlə telefonla danışdılar - Nazirlər nələri müzakirə etdilər?  |     15:20 Bakıda kişi telefonuna baxan arvadını döydü  |     15:17 Rusiya ordusu yeni əraziləri nəzarətə götürdü  |     15:15 Bakıda 47 yaşlı kişi evində ölü tapıldı  |     15:13 Günəşdə güclü partlayışlar baş verib  |     15:11 Onlayn qumar oyunlarının keçirilməsinə görə CƏZALAR SƏRTLƏŞDİRİLİR  |     15:10 Ağdamda 71 yaşlı kişi pilləkəndən yıxılıb öldü  |     15:09 Alyona Əliyeva internat məktəbində uşaqlarla görüşdən paylaşım edib - FOTO  |     15:06 Sürücülərin NƏZƏRİNƏ: Bakının iki əsas yolunda hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ - FOTO  |     15:04 Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə icraat müddəti ARTIRILIR  |     15:01 Əmlak üzərinə həbs qoyulması ilə bağlı YENI QAYDA müəyyənləşir  |    
Left Banner
Right Banner

Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?

01.02.2025 23:03 1 080
Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?
Son illər abituriyentlər ixtisas seçimi zamanı ingilis dilində tədrisə üstünlük verirlər.

Bir çox universitetlərdə xarici dilin öyrədilməsi üçün sıfırdan başlayan təməl qruplar olur. Lakin dövlət universitetlərində tələbələr üçün belə bir şans yaradılmayıb.

Bəs bu hal tələbələrə və müəllimlərə hansı çətinlikləri yaradır?

"Həm dərsləri başa düşmürük, həm də semestr imtahanlarında uğurlu nəticələr əldə edə bilmirik. Bütün bunlar bizim üçün böyük problemlərə səbəb olur", - deyə tələbə şikayətini bildirib.

Bakı Dövlət Universitetinin müəllimi Yeganə Əsədova problemin əsas səbəbini orta məktəblərdə ingilis dilinin tədrisinin zəif olması ilə əlaqələndirib.

"Orta məktəblərdə danışığa üstünlük verilmir, əsasən, test tapşırıqları yerinə yetirilir. Universitetdə "foundation" təhsilinin olmaması da əsas problemlərdəndir. Tələbə ən azından gələcəkdə yiyələnməyə çalışdığı ixtisasla bağlı mühazirələri başa düşmək və özünü ifadə etmək səviyyəsində ingilis dilini bilməlidir", - müəllim qeyd edib.

Baku TV-nin araşdırması belə deməyə əsas verir ki, ali təhsil müəssisələri ingilisdilli qruplara qəbul olunan tələbələrin nəticələrindən razıdırlar.

Ali məktəblərdən biri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında nəticələrin kifayət qədər yüksək olduğunu bildirir, həmçinin ingilis qrupları üzrə təhsilalanların dil bilikləri yüksək qiymətləndirilir. Ancaq mütəxəssislər tələbələrin müsbət nəticələr əldə etmələri üçün bütün universitetlərdə "foundation" sisteminin tətbiqinin mütləq olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin isə cavabı belə olub:

"Azərbaycanın ümumtəhsil məktəblərində xarici dil tədrisi 2013-cü ildə təsdiq edilən proqram əsasında aparılır. Məqsəd şagirdlərin dil bacarıqlarını inkişaf etdirərək, xarici dili real ünsiyyət vasitəsi kimi istifadə etmələrini təmin etməkdir. Şagirdlər 11-ci sinfin sonunda B1 səviyyəsinə çatmalıdırlar. Ali təhsildə isə xarici dil akademik və peşəkar bacarıqları artırmağa yönəlib".

Ətraflı süjetdə:
скачать dle 11.3
Mojo.az Banner