Mojo.az Banner
14:43 Məhkəmə "özünü tanımayan" vətəndaşı HƏBS ETDİ  |     14:33 Qubada 71 yaşlı kişi qadın tanışının evində öldü  |     14:02 Azərbaycanda cəza çəkən 90 əcnəbiyə amnistiya aktı tətbiq edilib  |     13:49 Hökumə Əliyevanın ailəsinin 80 minini ələ keçirənə HÖKM OXUNDU  |     13:44 Bakıda avtomobil yanır - Video  |     13:24 Azərbaycanda İLK: Ödənişli yolda sürət həddi 130 km/saat olacaq  |     13:16 "İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?  |     12:59 Bakı metrosunda yenidən NASAZLIQ YARANDI - Gecikmələr var  |     12:58 İrandan Azərbaycana PUA vasitəsilə narkotik atdılar - Saxlanılanlar var  |     12:57 Azər Axşam: "Bu gün dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"  |     12:53 Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?  |     12:51 Novruz çərşənbələri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Video  |     12:50 Oğuzda ağır QƏZA - Xəsarət alanlar var  |     12:49 Qızıl kəskin bahalaşdı  |     12:48 UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir  |     12:37 Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinənlər ƏLƏ KEÇDİLƏR  |     12:35 Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma  |     12:34 Alimlər ürək xəstəliklərini aşkar edən "ağıllı köynək" hazırladılar  |     12:34 Əməkdar jurnalist Eyruz Məmmədov vəfat edib  |     12:02 Qiyməti "od tutub yanan" uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? - Video  |    
Left Banner
Right Banner

Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI

23.06.2021 15:44 624
Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI
Keçən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə (tədris ingilis dilində)”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisaslarına üstünlük verib.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, III və IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub.

II qrupda rus bölməsinin abituriyentləri daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin tədrisi rus dilində olan “Maliyyə” ixtisasına meyil ediblər. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”, V ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük veriblər.

Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.скачать dle 11.3
Mojo.az Banner