Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Universitetlərə ixtisas seçimi başa çatdı - Ərizəsini təsdiq edənlərin SAYI AÇIQLANDI

20.08.2025 11:57 1 044
Universitetlərə ixtisas seçimi başa çatdı - Ərizəsini təsdiq edənlərin SAYI AÇIQLANDI
Bakalavriat səviyyəsi üzrə 86 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.

Onlardan 23 919-u I qrup üzrə, 19 041-i II qrup üzrə, 24 414-ü III qrup üzrə, 6 966-sı IV qrup üzrə, 16 517-si isə V qrup üzrə seçim edib.

- I qrupda 22 209 nəfər Azərbaycan bölməsi, 1 710 nəfər rus bölməsi;

- II qrupda 17 682-si Azərbaycan bölməsi, 1 359-u rus bölməsi;

- III qrupda 22 130-u Azərbaycan bölməsi, 2 284-ü rus bölməsi;

- IV qrupda 6 319-u Azərbaycan bölməsi, 647-si rus bölməsi;

- V qrupda isə 14 350-si Azərbaycan bölməsi, 2 167-si isə rus bölməsi üzrə ixtisas seçimi edib.

Son xəbərlər