Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu ixtisaslara qəbul olmaq asandır

06.06.2025 21:45 627
Bu ixtisaslara qəbul olmaq asandır
I-IV ixtisas qrupları daxilində (dövlət sifarişi üzrə) ən aşağı keçid ballı ixtisasların siyahısı (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) təqdim edilib.

Median.Az
AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent 12" jurnalında qeyd olunub.

Belə ki, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti və Lənkəran Dövlət Universitetinin ixtisaslarına dövlət sifarişi əsasında qəbul üçün əlavə olaraq ayrılan yerlər, eləcə də Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə ayrılan yerlər nəzərə alınmayıb.

Ən aşağı keçid balı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I qrupa daxil olan" Cihaz mühəndisliyi" ixtisasında 201.5 bal olub.

Ən aşağı keçid balı Azərbaycan İdman Akademiyası II qrupa daxil olan "İdman menecmenti və kommunikasiya" (tədris ingilis dilində) ixtisasında 258.6 bal olub.

Ən aşağı keçid balı Azərbaycan İlahiyyat İnstitutunun III qrupa daxil olan "Dinşünaslıq" ixtisasında 289.1 bal olub.

Ən aşağı keçid balı Qərbi Kaspi Universitetinin IV qrupa daxil olan "Su bioehtiyatları və akvakultura" (tədris ingilis dilində) ixtisasında 205.3 bal olub.

I-IV ixtisas qrupları daxilində (ödənişli) ən aşağı keçid ballı ixtisasların siyahısı;

Ən aşağı keçid balı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I qrupa daxil olan" Cihaz mühəndisliyi" (rus bölməsi) ixtisasında 200.5 bal olub.

Ən aşağı keçid balı Sumqayıt Dövlət Universitetinin II qrupa daxil olan" Sosiologiya" ixtisasında 200.1 bal olub.

Ən aşağı keçid balı Azərbaycan Odlar Yurdu Universitetinin III qrupa daxil olan "Tərcümə " (tədirs ingilis dili üzrə) ixtisasında 200.6 bal olub.

Ən aşağı keçid balı Sumqayıt Dövlət Universitetinin IV qrupa daxil olan" Kimya" ixtisasında 212.1 bal olub.скачать dle 11.3

Son xəbərlər