Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bəzi ixtisaslar üzrə ballar aşağı salına bilər" - DİM keçid balları barədə

24.07.2019 18:34 1 506
Konkret hər hansı ixtisas üzrə keçid balının necə dəyişəcəyini demək olmaz. Amma ümumi nəticələr göstərir ki, 1 və 4-cü ixtisas qruplarında hər hansı ixtisas üzrə keçid balları ötən illə müqayisədə 20-50 bal daha aşağı formalaşa bilər. Təbii ki, bunu bütün ixtisaslara aid etmək olmaz.

Median.Az xəbər verir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə ali məktəblərə qəbul üçün keçid ballarının aşağı enəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

X.Xanlarzadə əlavə edib ki, keçid ballarının formalaşması bir neçə amildən- abituriyentlərin sayından, imtahan nəticələrindən və plan yerlərinin sayından asılıdır: "Məsələn, bu il I ixtisas qrupu üzrə 15223 plan yeri var. Ötən il isə bundan 748 yer az- 14 475 plan yeri ayrılmışdı. Bundan əlavə, dövlət sifarişli plan yerlərinin sayında ötən illə müqayisədə kəskin artım var. Bu il I qrupda 9351 yer dövlət sifarişi əsasında olacaq. Ötən il isə bu, 5731 yer idi, yəni bu il 3600 yer ötən ildəkindən çoxdur. Sadaladığım bu amillər hər hansı bir ixtisas üzarə formalaşmış keçid balına təsir göstərəcək".

X.Xanlarzadə əlavə edib ki, bu il I qrupda 10 524 abituriyent 200 və daha yüksək, 15 101 abinturiyent 150 və daha yüksək bal toplayıb. Ötən ilki qəbul imtahanlarında 200 və daha yüksək balı 13 169, 150 və daha yüksək balı 16649 abituriyent toplamışdı: "Bu, onu göstərir ki, həmin intervalda bal toplayanların sayı keçən ilə nisbətən azalıb. Burada məntiq odur ki, plan yeri artırsa, hər hansı ixtisas üzrə keçid balı aşağı düşə bilər. Abituriyentin sayı azalırsa, hər hansı ixtisas üzrə daha aşağı müsabiqə şərti formalaşacaq. Plan yerlərinin artması, abituriyentlərin sayının azalması birbaşa keçid balına təsir edir" .

X.Xanlarzadə qeyd edib ki, bu il 590 və daha yüksək bal toplayanlar "Müalicə işi" ixtisasına qəbul ola bilərlər:

"IV ixtisas qrupunda ən populyar ixtisas "Müalicə işi"dir. Bu il dövlət sifarişli plan yerlərində Azırbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı üçün "Müalicə işi" ixtisası üzrə 550 yer ayrılıb. Bunun 100 yeri Moskva Dövlət Universitetinin Bakı filialına aiddir".скачать dle 11.3
Mojo.az Banner