Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi

31.01.2025 18:27 882
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi
Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

Median.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. Məlum olub ki, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6 700 manat dəyərində xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, 2023-ci ilin dekabrında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.

Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67.2 kvadratmetr sahəsi olan mənzil üçün 2024-cü il avqustun 13-də 101 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib.

Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs Abbas Hətəmov özünü törədilmiş cinayətlərdə təqsirli bilməyib.

Sonra ilk olaraq zərərçəkən Gültəkin Rəhimova ifadə verərək bildirib ki, 248 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ev almaq məqsədilə makler vasitəsilə birotaqlı mənzilə beh verib:

"Bu mənzili bizə Saqi Məhərrəmov adlı makler və Aqil adlı şəxs göstərdilər. Bir gün sonra Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində yerləşən "Hüseynoğlu Rezidens"ə getdik. Abbas bizi qarşılayıb liftlə ofisə qaldırdı. Orada Rauf adlı şəxs özünü müdir kimi təqdim etdi. Dörd-beş nəfər oturmuşdu orada. Aqil və Mehriban adlı şəxslərin adını bildim. Yanımda iki bacım, qaynım, oğlum və həyat yoldaşım vardı. Dedilər, ev sahibi gələ bilmir, onun qohumu qismində Mehriban adlı qadın gəldi və dedi ki, mən pulu götürməyə gəlmişəm. Abbas da orada idi. Bizə mənzilin maliyyə arayışları təqdim edildi. Evi satan adam qismində Sevinc Məmmədova və Alim Məmmədov adları keçirdi sənəddə. Biz pulu verdik, onlar da bizə xeyir-dua verib, çıxıb getdilər. Ancaq sonra məlum oldu ki, onlar getməyiblərmiş, Abbas qapıdan məlumat verdi ki, getdilər. Səhəri qaynım da həmin binadan ev almaq istədi, zəng etdik, telefonu götürən olmadı. Getdik ofisə, dedilər, burada belə adamlar yoxdur. Bircə Saqi adlı şəxsi gördük orada. O da dedi ki, burada belə adamlar yoxdur. Ondan sonra bildik ki, aldanmışıq".

Qeyd edək ki, təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə üç il müddətinə azadlıqdan məhrum edilib. O, həmin vaxt da özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner