Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanda neft bazasında güclü partlayış olub

25.01.2025 17:21 1 425
Qazaxıstanda neft bazasında güclü partlayış olub
Qazaxıstanın Jezqazğan şəhərində neft bazasında əvvəl partlayış, ardınca güclü yanğın baş verib.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yanğın nəticəsində dörd nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, əvvəlcə neft bazasının ərazisində üç xüsusi təyinatlı maşın yanıb. Daha sonra yanğınsöndürmə bölmələri gələnə qədər qaz-hava qarışığının partlaması nəticəsində yaxınlıqdakı anqar dağılıb.

Son xəbərlər