Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar? (VİDEO)

25.01.2025 17:19 1 608
Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar? (VİDEO)
Əməliyyat zamanı canlı yayım açan məşhur lor cərrah Rauf Haqverdiyev rahat şəkildə ünvanlanan suala da cavab verməyə vaxt tapır.

Baku TV məsələ ilə bağlı adıçəkilən həkimlə əlaqə saxlayıb.

O, pasiyentlərinin razılığı olmadan canlı yayım açılmadığını bildirib. Lakin bu kimi halların xəstənin həyatını riskə atmaq olduğunu soruşduqda, suala cavab vermək istəməyib.

Maraqlıdır, xəstənin həyati təhlükəsini nəzərə almadan, əməliyyatxanadan birbaşa yayım açmaq nə dərəcədə doğrudur? Belə hallar hüquqi əsas yaradırmı? Ölkədə bu kimi hallara qarşı nəzarət necə həyata keçirilir?

Tibb elmləri doktoru Adil Qeybulla belə üsullara əl atan həkimlərin niyyətinin korporativ maraqlara xidmət etdiyini deyir:

"Əslində, bu işi görən həkimlər özlərinə xəstə yığmağa çalışırlar. Həkim fəaliyyətində reklam etik baxımdan düzgün deyil. Narkoz altında olan xəstələrdə şəxsiyyətin qorunması xüsusi şərtdir. İctimaiyyətə məlumdur ki, bu cür fəaliyyət nəyə xidmət edir. Düşünürəm ki, artıq bu barədə tədbir görmək vaxtıdır".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, quruma belə şikayətlər daxil olduğu zaman plandankənar yoxlamalar keçirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər