Mojo.az Banner
20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |     20:37 Qlobal əmtəə ticarətinin dəyəri 13,7 trilyon dollara çatdı - BMT-nin statistikası  |     20:29 Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar (VİDEO)  |     20:24 Bağçada uşağın qanından psixotrop maddə tapıldı - DİN və Baş Prokurorluğa müraciət edildi (YENİLƏNİB)  |     20:15 Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi  |     20:10 Azərbaycan millisinin məşqçisi vəfat edib  |     20:02 İndiyədək itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib  |     19:57 Sabah hava necə olacaq?  |     19:51 Təbii fəlakət 1000-dən çox insanın həyatına son qoydu  |     19:44 Azərbaycanla Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər  |     19:36 Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü  |     19:30 89 uşaq övladlığa verilib  |     19:22 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     19:17 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     19:09 Avqustun ən bahalı məhsulu açıqlandı  |     19:04 Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır  |     18:58 Qazaxıstana getmək istəyənlərin diqqətinə: Ölkəyə girişdə YENİLİK tətbiq olunacaq  |     18:45 Ermənistanda Qaqik Xaçatryana qarşı cinayət işinin təfərrüatı məlum olub  |     18:33 Sabah bu ərazilərdə qaz olmayacaq  |     18:26 Yaş artdıqca evlənmək istəyi azalır? – Araşdırma nə deyir  |    
Left Banner
Right Banner

Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir

24.01.2025 12:38 1 443
Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir
Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti qanunda nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda yaranacaq.

Median.Az
"Report"a istinadla xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən, dövlət satınalmaları haqqında inzibati qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti 4 aydır. Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər.

Bu səbəbdən, bu əməllər hüquq pozuntusu kimi inzibati xəta tərkibini yaratsa da, məsuliyyətə cəlb etmə müddəti qısa olduğundan müvafiq tədbirlərin görülməsi bəzi hallarda qeyri-mümkün olur və həmin müddət pozuntu faktlarını özündə əks etdirən sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi üçün kifayət etmir.

Qanun layihəsində dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması təklif edilir və layihəyə əsasən, bu sahədə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.скачать dle 11.3
Mojo.az Banner