Mojo.az Banner
Left Banner
Right Banner

Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək

22.01.2025 20:14 726
Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək
70 saylı Neftçala seçki dairəsində yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ilk dəfə 926 nəfər səs verəcək.

Bu barədə report-un Aran bürosuna Dairə Seçki Komissiyasının sədri Ülvi Məmmədzadə məlumat verib.
O bildirib ki, həmin gün 18 yaşı tamam olan 2 seçici də ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Qeyd edək ki, 70 saylı Neftçala DSK-nın əhatə etdiyi ərazidə 48 seçki məntəqəsi yaradılıb, 51 min 478 seçicinin seçkilərdə iştirakı gözlənilir.

Dairədə 7 bələdiyyə uğrunda qeydiyyata alınmış 169 namizəd mübarizə aparacaq.скачать dle 11.3
Mojo.az Banner