Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər - DETALLAR (VİDEO)

08.01.2025 13:22 1 467
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər - DETALLAR (VİDEO)
2023-cü il aprelin 13-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə könüllü gələn Bakı şəhər sakini 42 yaşlı İsrafil Yusifov arvadı Aygün Yusifovanı öldürməsi barədə məlumat verib.

Hadisə 5-ci Binəqədi küçəsi, 2 ünvanında yerləşən "Stil Beauty" gözəllik salonunda baş verib. Giriş qapısının qarşısında, döşəmədə qadın meyiti aşkar edilib.

Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aygün Yusifovanın ölümünə ürəyi, hər iki ağciyəri və sol böyrəyi zədələyən çoxsaylı yaralar nəticəsində inkişaf etmiş massiv daxili və xarici qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, 2023-cü il martın 27-də İsrafil və Aygün Yusifovların aralarında bağlanmış nikah pozulub. Məhkəmə 17, 15 və 7 yaşlı övladlarının analarının yanında qalması və İsrafil Yusifovun Aygün Yusifovaya aliment verməsi haqda qərar qəbul edib.

Aprelin 5-də əməkhaqqı ödənişi kartına 529 manat pul köçdüyünü, həmin məbləğin 300 manatını yalnız Lənkəran şəhərində müvəqqəti yaşadığı evin kirayəsinə ödəməli olduğunu və yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyəni görən İsrafil Aygünə zəng edib, özündə qalan pul vəsaiti ilə dolana bilməyəcəyini deyib. Bakıda yaşadıqları evin 1-ci mərtəbəsinin kirayəsindən aldığı 250 manat pulu ona göndərməsini tələb etdikdə keçmiş arvadı buna etiraz edib.

Bundan əsəbiləşən İsrafil Aygünü tamah niyyəti ilə öldürmək qərarına gəlib. Bu məqsədlə aprelin 13-də səhər Bakıya gələrək məişət təyinatlı bıçaq alıb və saat 11:30-da 5-ci Binəqədi küçəsi, 2 ünvanında "Stil beauty" gözəllik salonuna gedib. Orada işləyən Aygünlə mübahisə edib. Sonra cibindən bıçağı çıxarıb, ona xəsarətlər yetirib. Qadın yerdə sürünərək ondan uzaqlaşmağa çalışsa da, aman diləməsinə məhəl qoymayıb, müstəsna dərəcədə rəhmsizliklə ümumilikdə bədəninə 8 dəfə zərbə endirib. Axırıncı zərbəni Aygünün ürəyinə vurub, bıçağı həmin nahiyədə sancılmış vəziyyətdə saxlayaraq hadisə yerindən uzaqlaşıb.

Məhkəmə iclasında İsrafil Yusifov ittiham üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə İsrafil Yusifov 19 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. İ.Yusifovun cəzası 17 ilə endirilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər