Mojo.az Banner
16:30 Şəmkirdə 16 yaşlı qız ANA OLDU: Ataya cinayət işi açıldı  |     16:22 Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb  |     16:21 Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib  |     16:13 İran BƏƏ-dəki ABŞ aviabazasına hücum etdi  |     16:06 "Bu gün İrana çox ağır zərbə vurulacaq" - Tramp  |     16:04 Könül Kərimovaya 245 minlik DƏLƏDUZLUQ: Evini saxta sənədlə başqasına satdılar  |     16:03 Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi  |     16:02 Naxçıvan aeroportunda uçuşlar dayandırıldıqdan sonra Bakıdan səfərlər necə təşkil olunur? - SON MƏLUMAT  |     15:19 Hansı sahədə çalışan qadınların MAAŞI DAHA ÇOXDUR?  |     15:18 Həbs edilən BNA əməkdaşları barədə qərar ləğv olundu  |     15:13 İran qonşu ölkələrə hücumlarla bağlı QƏRAR VERDİ - Video  |     15:11 Bakıda DƏHŞƏTLİ OLAY: Ata və oğlunun meyiti tapıldı  |     15:10 Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"  |     14:57 Azərbaycan vasitəsilə 66 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub  |     14:54 Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi TƏXLİYƏ EDİLDİ  |     14:41 Samuxda qadın bıçaqlanıb: Oğlu saxlanıldı  |     14:40 Azərbaycan neftinin qiyməti 95 dollara çatdı  |     14:30 İran Səudiyyə Ərəbistanını və İordaniyanı hədəf aldı  |     14:13 "İnter Mayami"nin sahibi Messinin illik maaşını açıqladı  |     14:09 Martın 16-da nəhəng kometa Yupiterə ən yaxın məsafədən keçəcək  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində görülən bir sıra işlərlə tanış olub - YENİLƏNİB

02.01.2025 15:43 1 566
Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində görülən bir sıra işlərlə tanış olub - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən "Lakeside" hotelində aparılmış işlərlə tanış olublar.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, "Archico" MMC-nin texniki direktoru Nazim Şirinov dövlətimizin başçısına və birinci xanıma burada görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib.

Bildirilib ki, hotelin interyeri Lahıcın ən məşhur misgərlik ustalarının əl işləri olan Lahıc misgərlik sənətinin nümunələri ilə bəzədilib.

Yeni hoteldə qonaqların istirahətinin hərtərəfli, dolğun və mənalı təşkili üçün geniş imkanlar yaradılacaq. Burada ümumilikdə 122 nömrə olacaq.

Hoteldə idman, "Kids Care" zonaları, işgüzar tədbirlər üçün müasir konfrans zalı və iclas otağı, xizək həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək.

Hotelin yerləşdiyi əraziyə xizək sürənlərin rahat yaxınlaşmalarını təmin etmək üçün burada ilk dəfə "MegaCord" əlaqələndirici lift fəaliyyət göstərəcək. Bu lift hoteli ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək.

Şahdağın gözəl təbiəti və yeni hotelin göstərəcəyi xidmətlər qonaqların istirahətini unudulmaz edəcək. Hotelin qarşısında təbii gölün füsunkar mənzərəsi, gölətrafı müxtəlif restoran və kafelər qonaqların istirahətinə xüsusi rəng qatacaq.

Qeyd edək ki, yeni hotelin interyerində milli ornamentlərə üstünlük verilib. Taxtadan hazırlanmış və əl işi olan Qarabağ xalçasının nümunəsi də hotelin interyerini bəzəyən elementlərdən biri olacaq.

Hoteldə 250 yerlik restoran qonaqların ixtiyarına veriləcək.

Məlumat verilib ki, inşaat işlərinin ikinci fazasında hotelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının tikintisi də nəzərdə tutulur.

Son illərdə dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm layihələr həyata keçirilir. Dünyanın ən yüksək standartlarına cavab verən müasir turizm infrastrukturunun yaradılması sayəsində insanlarımızın, eləcə də ölkəmizə gələn turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılır. Bunun nəticəsində həm yeni iş yerləri açılır, həm daxili turizmin potensialı genişlənir, həm də Azərbaycana gələn xarici turistlərin sayı artır. Bütün bunlar, eləcə də ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq Azərbaycanı dünyanın ən cəlbedici məkanlarından birinə çevirib.

Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən Xizək Stadionu Kompleksinin "Xizək klubu" binasının tikintisi ilə tanış olublar.

Qeyd edək ki, "Xizək klubu" binasında kafe, brifinq, iclas və konfrans zalları, mətbuat nümayəndələri üçün otaq olacaq. Yalnız qış mövsümündə deyil, bütün ilboyu burada "Xizək klubu"nun üzvü olanlara, o cümlədən uşaq və yeniyetmələr üçün xizəksürmə kursları təşkil ediləcək.

Xizək Stadionu Kompleksində yaradılmış yamac Beynəlxalq Xizək və Snoubord Federasiyasının bütün tələb və standartlarına tam cavab verir. Burada idmanın bu növü üzrə müxtəlif beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq. İdman kompleksində idmançıların, məşqçilərin və azarkeşlərin rahatlığı üçün bütün məqamlar nəzərə alınacaq. Burada 500 nəfərlik tribuna quraşdırılacaq.

Qeyd edək ki, artıq bir neçə ölkə öz idmançılarının Şahdağ Turizm Kompleksinin ərazisində inşa olunan Xizək Stadionu Kompleksində təlim-məşq toplantıları keçirmələri üçün müraciət edib.

Beləliklə, burada yaradılan şərait bir daha Azərbaycanın idman ölkəsi kimi dünyada beynəlxalq rolunu daha da artırmaqla yanaşı, ölkəmizdə idmanın bir çox növü üzrə nüfuzlu yarışların keçirilməsi üçün mühüm layihələrin icra olunduğunu, müasir infrastrukturun qurulduğunu nümayiş etdirir.

Xizək Stadionu Kompleksinin istifadəyə verilməsi ilə gənc nəsildə idmanın bu növünə olan maraq artacaq, bu sahədə idmançılar yetişəcək, ölkəmizi beynəlxalq səviyyəli idman yarışlarında layiqincə təmsil edəcəklər.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən "Lakeside" hotelində aparılmış işlərlə və Xizək Stadionu Kompleksinin "Xizək klubu" binasının tikintisi ilə tanış olublar.

Median.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər verir.скачать dle 11.3
Mojo.az Banner