Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır

30.12.2024 20:50 918
Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır
Ermənistan baş naziri Nikol Paşinyan nazirliklərə qarşı "müharibə elan edib".

Bu barədə "Sputnik Armenia" yazıb.

Qeyd olunub ki, 2025-ci ilə qədər əksər nazirlikərdə yalnız bir xidməti avtomobil fəaliyyət göstərəcək. Belə ki, Xarici İşlər Nazirliyində əvvəlki 15 avtomobil əvəzinə, idarə rəisinə xidmət edən yalnız bir avtomobil olacaq. Səhiyyə Nazirliyində də doqquz avtomaşından biri olacaq. Ekologiya Nazirliyi avtomobil parkını 13-dən bir avtomobilə endirəcək.

Digər şöbələrdə optimallaşdırma prosesi davam edir. Lakin Müdafiə Nazirliyi və Xarici Kəşfiyyat Xidməti dövlət sirrini əsas gətirərək xidməti avtomobillərin sayı barədə məlumat verməkdən imtina ediblər. Parlament və Daxili İşlər Nazirliyi məlumatların hazırlanması üçün əlavə vaxt istəyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın "Hraparak" qəzeti Paşinyan ölkənin Xarici İşlər Nazirliyinin bütün avtomobil parkını, demək olar, ixtisar etdiyi barədə yazmışdı.

///report

Son xəbərlər