Mojo.az — elanlar
Son Xəbərlər
20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya xüsusi təyyarəsi ABŞ-a niyə uçub? - Zaxarova açıqladı

30.12.2024 13:39 1 572
Rusiya xüsusi təyyarəsi ABŞ-a niyə uçub? - Zaxarova açıqladı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova izah edib ki, "Rusiya" xüsusi uçuş dəstəsinin təyyarəsi diplomatik missiya əməkdaşlarının rotasiyasını həyata keçirmək üçün ABŞ-a uçub. 

Qaynarinfo xəbər verir ki, "FlightRadar24" xidmətinin məlumatına görə, sonuncu belə uçuş dekabrın 28-də baş tutub.

"FlightRadar24" saytındakı məlumatdan belə çıxır ki, dekabrın 25-də İl-96 təyyarəsi Moskvadan Sankt-Peterburqa qalxıb, dekabrın 26-da oradan Nyu-Yorka, daha sonra Vaşinqtona gedib. Dekabrın 28-də layner Nyu-Yorka və elə həmin gün Moskvaya qayıdıb.

"Diplomatların növbəti rotasiyası həyata keçirilib", deyə Zaxarova "RİA Novosti"yə şərhində bildirib.

Oktyabrda Rusiyanın ABŞ-dakı səfiri, 2017-ci ildən bu vəzifədə olan Anatoli Antonov Vaşinqtonda fəaliyyətini başa çatdırıb. "Kommersant" öyrənib ki, səfir postuna ən çox ehtimal olunan namizəd Aleksandr Darçiyevdir. Əvvəllər o, Rusiyanın Kanadadakı səfiri olub və Şimali Amerika departamentinə rəhbərlik edib

Son xəbərlər