Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda güclü zəlzələ olub, təkanlar Ermənistanda da hiss edilib

28.12.2024 17:08 1 650
Gürcüstanda güclü zəlzələ olub, təkanlar Ermənistanda da hiss edilib
Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli bölgəsi) yaxınlığında 4.2 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzinin saytında bildirilib.

Tbilisi vaxtı ilə (Bakı vaxtı ilə üst-üstə düşür - red.) saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 km dərinlikdə, Soğulotlo kəndindən 2 km məsafədə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Məlumatda o da bildirilir ki, Ermənistanın Şirak vilayətinin Gümrü şəhəri, Bavra, Kazançı, Aşotsk, Musaelyan kəndlərində, həmçinin Lori vilayətinin Taşir, Stepanavan və Sarçapet, Mixaylovka və Metsavan şəhərlərində 3 bal gücünə qədər təkanlar hiss edilib.

Son xəbərlər