Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Narin Güran işində SON VƏZİYYƏT: Qonşusu bəzi detalları açıqladı

28.12.2024 13:53 720
Narin Güran işində SON VƏZİYYƏT: Qonşusu bəzi detalları açıqladı
Türkiyənin Diyarbəkir bölgəsində törədilən və bütün ölkəni şoka salan səkkiz yaşlı Narin Güranın qətli ilə bağlı cinayət işinin məhkəməsinin 2-ci günündə çıxışı edən həbs olunan müttəhim Nevzat Bahtiyar Narini öldürmədiyini, sadəcə onun cəsədini daşıdığını iddia edib.

Bu barədə DHA məlumat yayıb.

Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsində baxılan işdə cəsədi daşıdığı məlum olan əmisi Selim Güran, anası Yüksel Güran, qardaşı Enes Güran və qonşusu Nevzat Bahtiyarın məhkəməsi davam edib. Məhkəmədə təəccüblü özünümüdafiə nitqi ilə çıxış edən Nevzat Bahtiyar günahını etiraf etsə də, Narini öldürmədiyini, yalnız onun cəsədini daşıdığını iddia edib.

"Mən Narini qətiyyən öldürməmişəm, sadəcə daşımışam. Onu daşımaq üçün cəzam nədirsə, onu qəbul etməyə hazıram. Selim əlləri ilə cəsədi mənə verdi, indi də üzünə deyirəm. O, mənə işarə edərək dedi: "Bunu parça-parça edib yox elə". Mən bunu inkar etmirəm. Daşıdığım üçün cəzam nə olursa olsun, razıyam. Onlar da bunu qəbul etməlidirlər. İndi bütün günahı mənim üzərimə atırlar", - Bahtiyar müdafiə çıxışında bildirib.

Təqsirləndirilən Bahtiyar əvvəllər susduğunu və müxtəlif səbəblərdən, xüsusən də ailəsinin təhlükəsizliyi üçün yalan danışmalı olduğunu, indi isə həqiqəti söyləməyə qərar verdiyini bildirib.

"Susmaram, ailəm təhlükəsizlikdə olmadığı üçün susdum. Ailəm mənimlə görüşmək üçün həbsxanaya gəldi və təhlükəsiz vəziyyət yarandı. Polis və jandarma onların təhlükəsizliyinə təminat verdi. Dedilər ki, nə gördünsə deyəcəksən. "Yaxşı" dedim. Prokurorluğa gedib hər şeyi izah etdim", - deyən Bahtiyar günahını boynuna aldığını, lakin qətli törətmədiyini bildirib.скачать dle 11.3
Mojo.az Banner