Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir | 23:01 Sabah meteohəssas insanlar üçün hava necə olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Samanyolu qalaktikasında yeni kəşf

20.12.2024 21:48 1 392
Samanyolu qalaktikasında yeni kəşf
Alimlər Samanyolu qalaktikasının mərkəzində yerləşən superkütləvi "qara dəliy"in ətrafında bir-birinə çox yaxın olan iki ulduz aşkar ediblər.

Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar ona "Oxatan A" (Sagittarius A) adı veriblər. Onlar ulduzların "qara dəliy"ə yaxınlığına görə təəccübləndiklərini açıqlayıblar.

Alimlər bu ulduzların, superkütləvi "qara dəliy"in güclü cazibə sahəsinə baxmayaraq mövcudluqlarını qoruyub saxlamasını "qeyri-adi vəziyyət" kimi qiymətləndiriblər.

Tədqiqatçılar ulduzların təxminən 2,7 milyon il yaşında olduğunu və bir-birinin orbitində fırlandığını müəyyən ediblər. Ulduzların öz aralarındakı məsafəyə də xüsusi diqqət çəkilib.

Araşdırma göstərib ki, əgər bu ulduzlar bir-birindən daha uzaq olsaydı, "qara dəliy"in cazibə qüvvəsi səbəbindən parçalanacaqdı. Daha yaxın olduqları təqdirdə isə vahid bir ulduz kimi birləşə bilərdilər.

Almaniyanın Köln Universitetindən tədqiqatçı Florian Peissker qeyd edib ki, dəqiq vaxt məlum olmasa da, bu iki ulduzun bir gün birləşəcəyi qaçılmazdır.
//bakupost.az

Son xəbərlər