Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdi olub

20.12.2024 15:38 1 503
İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdi olub
ABŞ-nin təhlükəsizlik xidməti İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdinin qarşısını alıb.

Median.Az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Nyu-Yorkdakı baş konsulu Ofir Akunis məlumat verib.

"İsrail dövləti konsulluğumuza bugünkü hücum cəhdinin qarşısını almağa müvəffəq olmuş ABŞ təhlükəsizlik xidmətinin operativ fəaliyyətini və əməkdaşlığını yüksək qiymətləndirir", - deyə israilli diplomat açıqlamasında qeyd edib.

Konsulluğa hücumu həyata keçirən şəxs artıq saxlanılıb, onun İŞİD də daxil olmaqla terror təşkilatlarının tərəfdarı olduğu müəyyən edilib.

Son xəbərlər