Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Keşlə bazarında işləyənlərə növbəti xəbərdarlıq- Yanvarın 1-nə qədər bazarı tərk edin! VİDEO

18.12.2024 22:26 1 164
Keşlə bazarında işləyənlərə növbəti xəbərdarlıq- Yanvarın 1-nə qədər bazarı tərk edin! VİDEO
Keşlə bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-nə qədər bazarı tərk etmələri bildirilib.  

Bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar. Onlar 13 gün müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.

İcarədarlar deyirlər ki, 4-5 ay öncədən bazarın yeni ildə söküləcəyinə dair məlumat verilsəydi, satmaq üçün əlavə mal almazdılar, həmçinin əllərindəki malları da satıb qurtarmış olardılar.

"Keşlə" bazarının ərazisinə nəzarət edən şəxs bildirdi ki, onlara da məlumat elə bu gün verilib.

Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Son xəbərlər