Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır - YENİLƏNİB

16.12.2024 21:17 981
Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır - YENİLƏNİB
Aİ Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas bu gün ittifaqın xarici işlər nazirlərinin iclasında diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması ilə bağlı razılığa gəlindiyini təsdiqləyib.

Apa-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Kaya Kallas iclasdan sonra mətbuata açıqlamasında bildirib.
O, iclasda sanksiyalarla bağlı intensiv müzakirə aparıldığını, lakin bütün üzv ölkələrin bunu dəstəkləmədiyini deyib.

"Biz əlavə addımlara hazırıq, lakin sanksiyalar üçün 27 üzv ölkənin hamısının razılığı olmalıdır, təəssüf ki, hazırda bu yoxdur. Düşünürəm ki, vizasız rejimin dayandırılması ilk addımdır", - deyə o bildirib.

***

Avropa İttifaqı Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır.

Apa-nın Tbilisi müxbiri “Radiotavisupleba”ya (Azadlıq radiosunun Gürcüstan xidməti) istinadən xəbər verir ki, Aİ-nin Xarici İşlər Şurasının bu gün keçirilən iclasında Gürcüstanın diplomatik pasportları üçün vizasız səyahət rejiminin dayandırılması prosedurunun başlanılması səs çoxluğu ilə dəstəklənib.

Şura Avropa Komissiyasına məsələ ilə bağlı rəsmi sənəd təqdim etməyi tapşırıb. “Azadlıq radiosu"nun məlumatına görə, Avropa Komissiyası artıq bu məsələ ilə bağlı işə başlayıb və yaxın bir neçə gün ərzində rəsmi sənədi təqdim edəcək.

“Politico”nun məlumatına görə, müvafiq qərara Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, eyni zamanda Aİ-nin Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas lobbiçilik edib. Lakin Macarıstan və Slovakiya qərara qarşıdır. Gürcüstanla bağlı müzakirələr başa çatdırılsa da, Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü davam edir. Şuranın iclası bitdikdən sonra mətbuat konfransı keçiriləcək.

Son xəbərlər