Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb

10.12.2024 21:03 1 086
Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb
Gürcüstanda etiraz aksiyalarının təşkilatçıları dekabrın 14-də prezident seçkilərini pozmağı və bu məqsədlə vəziyyəti maksimum gərginləşdirməyi planlaşdırırlar.

Median.Az "Report”a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

"Əldə edilmiş məlumata görə, destruktiv və cinayətkar fəaliyyətlərin təşkilatçıları bu il dekabrın 14-nə təyin edilmiş prezident seçkilərinin baş tutmamasını və bütün vasitələrlə Gürcüstanın altıncı prezidentinin seçilməsinə mane olmağı planlaşdırırlar. Bu da süni şəkildə hakimiyyət böhranına səbəb olacaq", - bəyanatda vurğulanıb.

Məlumatda vətəndaşlara etiraz təşkilatçılarının planının iştirakçısı və ya qurbanı olmamaq üçün maksimum ehtiyatlı olmağa çağırış da var.

"Cinayət əməllərinin təşkilatçıları insanları qurban verməklə etiraz yükünü gücləndirməyə və radikal əhvali-ruhiyyəni təşviq etməyə çalışacaqlar”, - məlumatda bildirilib.

Son xəbərlər