Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Meksika aviaşirkətinin sərnişini təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib

09.12.2024 19:03 1 182
Meksika aviaşirkətinin sərnişini təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib
Meksikanın "Volaris" aviaşirkətinə məxsus daxili reyslə uçan sərnişin təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib.

Bu barədə aviaşirkətin "X" sosial şəbəkəsində dərc olunan açıqlamasında deyilir.

"Volaris" bildirir ki, bu səhər El Bajiodan Tixuanaya uçan 3041 saylı reysdə bir sərnişin təyyarəni zorla ABŞ-yə yönləndirməyə cəhd edib", - aviaşirkət bildirib.

Ekipaj müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun hərəkət edib və protokola uyğun olaraq, təyyarə Qvadalaxara hava limanına yönləndirilib və burada aviaşirkət sərnişini səlahiyyətli orqanlara təhvil verib.

Son xəbərlər